Məxfilik siyasəti
Son yenilənmə: noyabr 2026
1. Topladığımız məlumatlar
Qeydiyyat zamanı: ad, soyad, email ünvanı, telefon nömrəsi (istəyə görə) və rayon.
Platformadan istifadə zamanı: sahə məlumatları, gündəlik qeydləri, xərclər, yüklədiyiniz şəkillər və AI aqronomla söhbətlər.
Ödəniş məlumatları ödəniş təşkilatı tərəfindən emal olunur; kart məlumatlarınız Saman serverlərində saxlanmır.
2. Məlumatlardan istifadə
Xidmətləri göstərmək, AI tövsiyələrini sahənizə uyğunlaşdırmaq, sifarişləri xidmət verənlərə ötürmək və sizə bildiriş göndərmək üçün.
AI aqronoma göndərdiyiniz suallar, bitki şəkilləri və AI-ın cavabları cavab hazırlamaq üçün süni intellekt provayderinə (OpenAI) ötürülür. Bu məlumatlar həmçinin OpenAI tərəfindən süni intellekt modellərinin təkmilləşdirilməsi və öyrədilməsi üçün istifadə oluna bilər. Ona görə AI aqronoma şəxsi məlumat (ad, telefon, ünvan, sənəd) yazmayın.
Məlumatlarınızı reklam məqsədilə üçüncü tərəflərə satmırıq.
3. Məlumatların paylaşılması
Sifariş verdiyiniz xidmət verən sifarişi icra etmək üçün adınızı, rayonunuzu və əlaqə məlumatlarınızı görür.
Qanunla tələb olunan hallarda səlahiyyətli dövlət orqanlarına.
4. Təhlükəsizlik
Bütün bağlantılar HTTPS ilə şifrələnir. Giriş parol əvəzinə birdəfəlik email kodu ilə həyata keçirilir.
5. Hüquqlarınız
Məlumatlarınıza baxmaq, düzəltmək və ya hesabınızı silmək üçün info@saman.az ünvanına yazın.